“Daxili uçuşların yaxın günlərdə bərpası gündəmdədir”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, Hava nəqliyyatında uçuşları tənzimləyən metodik göstərişlər hazırlanıb və təsdiqlənib. İstər hava gəmisinin içərisində daxili yoxlama prosesinin tətbiqi, istər sərnişinlərin say məhdudiyyəti, o cümlədən, daxili uçuşlar zamanı laborator analizlərin keçirilməsi məsələsi var. Burada bəzi müzakirəsi tamamlanmamış məqamlar var. Bunlar da tamamlanmaq üzrədir. Beynəlxalq uçuşlara gəldikdə isə , bu istiqamətdə müzakirələr davam etdrilir. Gözlənilir ki, bu tarix 1 iyula kimi gecikdirilə bilər”.