“”Naxçıvan” Universitetinin bağlanması ilə bağlı bizə müraciət olunub. Bu özəl univetsitetdir və bağlanma da təsisçinin qərarıdır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu il həmin universitetin sonuncu kursunda təhsil alan tələbələr ali məktəbi bitirəcəklər. Aşağı kurslarda təhsil alanlar isə müvafiq qaydada digər ali məktəblərə köçürüləcəklər: “Əgər tələbənin balı yüksəkdirsə, universitetə qəbul olarkən hansı ali məktəblərə qəbul ola bilərdisə, həmin ali məktəblərdən birinə köçürü bilər. Və ya yaşayış yerinə uyğun olaraq ali məktəblərə qəbul olunacaqlar”.