Naxçıvan MR daxili işlər orqanlarında (DİO) əhalidə qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Culfa Rayon Polis Şöbəsinin (RPŞ) əkəməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd “JP-18” markalı ov tüfəngi, Kəngərli RPŞ-nin əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabidin oğlundan 1 ədəd “Teksan-S-870” markalı ov tüfəngi və Şahbuz RPŞ-nin əməkdaşları Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan “F-99” markalı qaz tapançası aşkarlayaraq götürüblər.

İstinadlar Report