“Naxçıvan həssas bölgədir. Həssas bölgə olmaqla yanaşı, erməninin və başqa adamların öyrətdiyi adamlar gəlib burada Naxçıvan Muxtar Respublikası haqda fikir söyləyir”.

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib.

Deputat vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Prezidentin, dövlətin, dövlətçiliyin arxasındadır, ona sədaqətlidir, onun yolunda şəhid olmağa hazırdırlar:

“Ona görə də burada hər hansı bir siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları başqa rayonlarda, yerlərdə apardığı islahatları orada da aparır. Orada da korrupsiya harada varsa, yoxlayır. Azərbaycanda neçə nazirlik, neçə komitə yoxlanıldı. Yeddi icra başçısı tutuldu. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın”.

 

 

İstinadlar Qafqazinfo