Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mais Məmmədov işdən azad edilib. O, vəzifəsinin icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Repsublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilib.

Naxçıvan MR-in daxili işlər naziri Süleyman Nemətovun əmri ilə M.Məmmədov Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

Xatırladaq ki, bir müddət öncə Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Naxçıvanın daxili işlər naziri təyin olunmuşdu.