Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun Sərəncamı ilə muxtar respublika İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Cavid Kəngərli kollektivə təqdim olunub.
Məlumata görə, tədbirdə iştirak edən Azərbaycan Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edilib ki, son bir neçə ildə Naxçıvanın iqtisadi həyatında böyük canlanma, iqtisadi fəallığın sürətli artımı müşahidə olunur. Buna səbəb regionda biznes üçün yaradılmış əlverişli mühit, müasir inzibatçılıq, stimullaşdırıcı alətlərin və təşviq mexanizmlərinin tətbiqidir.