NATO yüksək döyüş hazırlığı vəziyyətində olan qüvvələrin sayını artırıb.

Bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali komandanı, amerikalı general Tod Uolters Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

“Avropada ali baş komandan kimi mənim rəhbərliyimlə hazırda yüksək döyüş hazırlığı vəziyyətində olan 42 mindən çox şəxsi heyətimiz və 120 təyyarəmiz var. 20-dən çox gəmi də hazır vəziyyətdədir”, – Uolters deyib.

İstinadlar Report