
Mayın 14-15-də Türkiyənin Antalya şəhərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.
Qeyd olunub ki, NATO-nun 32 müttəfiqinin təmsil olunduğu iclas alyansın dövlət və hökumət başçılarının iyunun 24-25-də Haaqada keçirəcəkləri Zirvə görüşünə hazırlıq olacaq.
İclas çərçivəsində müttəfiq ölkələrin xarici işlər nazirləri, NATO Baş katibi və digər yüksək səviyyəli alyans rəsmilərinin mayın 14-də Hakan Fidanın ev sahibliyi etdiyi tədbirdə bir araya gəlməsi gözlənilir.