
NATO və Ukrayna 2024-cü il üçün enerji təhlükəsizliyi və Ukrayna Silahlı Qüvvələrinin təlimini əhatə edən əməkdaşlıq proqramı imzalayıb.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz 2024-cü il üçün geniş əməkdaşlıq proqramı imzaladıq, bu proqrama enerji təhlükəsizliyi, innovasiyalar və Ukrayna ilə NATO qüvvələrinin uyğunluğunun artırılması üzrə əməkdaşlıq daxildir”, – o qeyd edib.