“Norveç sahilləri keçən həftə Rusiya və NATO-nun praktiki hərbi fəaliyyətlərinə ev sahibliyi etdi və tərəflər bir növ müharibə məşqi keçdilər”.

Bu barədə məqalə “Forbes” nəşrində yayımlanıb.

David Axe iimzası ilə dərc olunan məqalədə bildirilib ki, Rusiya və NATO bölgədə bir növ duelə çıxıblar:

“Almaniya, Kanada və Norveç gəmiləri, ABŞ-a aid F-35 təyyarələri və B-1 bombardman təyyarələri Norveçin qərb sahillərində təlim keçdilər”.

Təlimlərin ABŞ administrasiyasının təyyarələrini Rusiya donanması ilə mümkün bir dəniz müharibəsində gerçəkləşdiriləcək hücumlar tətbiq etmək üçün bölgəyə göndərdiyinə dair müşahidəçilərin ehtimallarını təsdiqlədiyini bildirən D.Axe NATO sualtı qayıqlarının çox önəmli rol oynadığını, vəzifələrinin Rusiya gəmilərini müəyyənləşdirib, onlara hücum etmək, öz gəmilərini hücumdan qorumaq olduğunu ifadə edib.

“NATO gəmiləri və təyyarələri Norveçin qərb sahillərində təlim keçərkən Rusiya donanmasının ölkənin şərq sahillərində təlim keçməsi təəccüblü deyil”, – D.Axe vurğulayıb.

O bildirib ki, Rusiyanın “Marşal Ustinov” raketli kreyseri Norveç yaxınlığındakı NATO sualtı qayıqlarına zərbə endirməyi məşq edib.

Dünyada ən güclü yerüstü hərbi gəmilərdən biri hesab olunan “Marşal Ustinov” cənuba – Vranger-fyorda, Rusiya və Norveçin dəniz sərhədi keçən yerə istiqamət götürüb. Onun cənuba çatması Amerika B-1 bombardmançılarının Norveçə çatmasının ilə eyni vaxta düşməsi diqqət çəkib.

İstinadlar Qafqazinfo