NATO üzvləri Alyans ölkələrinin müdafiə sənayesini bərpa etmək planı barədə razılaşıb.

Bu barədə NATO-nun Baş katibi Mark Rutte Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Onun fikrincə, bu sahədə müəyyən dəyişiklik olmalıdır: “Bu gün alyansın bütün ölkələrində güclü müdafiə sənayesi qurmaq üçün yenilənmiş fəaliyyət planını razılaşdırdıq”.

İstinadlar Report