
Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya yeni nümayəndə göndərəcək.
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində bildirib.
“NATO-nun yeni yüksək rütbəli nümayəndəsi Ukraynaya gedəcək. O, Ukraynanın alyansla institusional əlaqələrini dərinləşdirəcək”, o vurğulayıb.