“Biz öz ölkəsini qəhrəmancasına müdafiə edən Ukrayna hökuməti və xalqı ilə tam həmrəyik. Biz Ukraynanın müstəqilliyi, suverenliyi və akvatoriyalarına qədər uzanan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha bildiririk”.

Bu, NATO-nun sammitində qəbul edilən bəyannamədə qeyd olunub.

“Biz Ukraynanın özünümüdafiə və öz təhlükəsizlik tədbirlərini seçmək hüququnu tam dəstəkləyirik. Biz Ukraynaya dəstək verən bütün müttəfiqlərin səylərini alqışlayırıq. Biz onların konkret vəziyyətini dərk edərək onlara lazımi şəkildə kömək edəcəyik”, – sənəddə vurğulanıb.

İstinadlar Report