“Ukrayna Silahlı Qüvvələri müharibədə yeni texnologiyalardan məharətlə istifadə edir”.
Bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
O bildirib ki, bu, Ukrayna ordusuna döyüş meydanında üstünlük verir: “Biz hamımız texnologiya şirkətlərinin həlledici rolunun şahidi olduq. “Microsoft” və ya “Starlink” kimi şirkətləri indi müharibədə qalib gəlməyə kömək edən şirkətlər kimi qəbul edirik”.