NATO Rusiya Federasiyasının alyansın genişlənməkdən imtinası da daxil olmaqla tələblərini rədd edib, lakin Moskvaya üç istiqamətdə dialoq təklif edib: ikitərəfli əlaqələrin bərpası, o cümlədən diplomatik nümayəndəliklərin açılması; Ukrayna da daxil olmaqla, Avropa təhlükəsizliyi, risklərin azaldılması və silahlara nəzarət.

Bunu təşkilatın baş katibi Yens Stoltenberq alyansın Rusiyanın təhlükəsizlik təkliflərinə cavabını təqdim edərkən deyib.

“Biz onilliklər ərzində təhlükəsizliyimizin əsaslandığı prinsiplərdən güzəştə gedə bilmərik. NATO Ukrayna kimi istənilən ölkənin üzvlük haqqı hüququna hörmət edir”, – o deyib.