NATO üzvü olan ölkələr müdafiə xərclərini hazırkı 2 %-lə müqayisədə 3 %-dən çox artırmalı olacaq.

Bunu alyansın baş katibi Mark Rütte Münxen Təhlükəsizlik Konfransına gələrkən bildirib.

“Düşünürəm ki, bu, ÜDM-in ən azı 3 %-dən çox olacaq”, – o, jurnalistlərin sualını cavablandırarkən söyləyib.

Baş katibin sözlərinə görə, hazırda alyans xərc səviyyəsini qiymətləndirir və bu məbləğ iyulda Haaqada keçiriləcək NATO sammitinə qədər müəyyən edilməlidir. “Biz daha çox ödəməliyik. NATO-nun Avropa hissəsi daha çox ödəməlidir. Biz kifayət qədər vəsait ödəmirik”, – o əlavə edib.

İstinadlar Report