NATO nüvə başlıqlarının sayını artırmır, daşıyıcı təyyarələrin modernləşdirilməsi ilə məşğuldur.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Cozef Baydenlə görüşdən sonra jurnalistlərə bildirib.

“Nüvə başlıqlarının sayını artırmaq üçün heç bir plan yoxdur, biz köhnəlmiş təyyarələri (F-16 – red.) yeni beşinci nəsil təyyarələrlə (F- 35-red.) əvəz etməklə daşıyıcı təyyarələri təkmilləşdiririk və ABŞ onların yerləşdirdiyi silahları modernlləşdirir”, – Stoltenberq deyib.

İstinadlar Report