Brüsseldə NATO-nun 30 üzv ölkəsinin liderlərinin görüşü başlayıb.

Tədbirdə giriş nitqi söyləyən baş katib Yens Stoltenber bildirib:

“Müasir dövrün təhlükəsizliklə bağlı təhdidlərinə heç bir ölkə təkbaşına tab gətirə bilməz. Avropa və ya Şimali Amerika tək deyil, NATO-nun daxilində hamımız birik. Biz bir olanda təhlükəsizliyimizə qarşı hər cür təhdidin öhdəsindən gəlmək iqtidarındayıq. Bu gün gələcəyin gündəmi olan “NATO 2030″ təşəbbüsünü təsdiqləməklə təşkilatımızın tarixində yeni səhifə açacağıq”.

İstinadlar Report