NATO-nun üzvü olan Avropa ölkələri müdafiə xərclərinin ÜDM-in 2 %-dən 3 %-nə qədər artırılması ilə bağlı danışıqlar aparır.
Bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Bir çox ölkələrin şübhə ilə yanaşdığı bu addım onsuz da gərgin olan milli büdcələrə güclü təzyiq göstərəcək. Mənbələrin sözlərinə görə, ötən həftə alyans ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı başlayan məxfi danışıqlarda qısamüddətli perspektivdə müdafiə xərclərinin ÜDM-in 2,5 %-nə, 2030-cu ilə qədər isə 3 %-nə çatdırılması öhdəliyini nəzərdə tutan tam razılıq əldə edilməyə bilər. Yeni öhdəliklərin 2025-ci ildə Niderlandda keçiriləcək NATO sammitində rəsmi olaraq razılaşdırılacağı bildirilir.