
“NATO Ukraynaya hərbçilər göndərməyi planlaşdırmır, lakin orada hərbi məsləhətçilər mövcuddur”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq “MSNBC” telekanalına müsahibəsində bildirib.
“Ukraynada NATO-nun döyüş qüvvələrinin olması ilə bağlı heç bir plan yoxdur. Amma təbii ki, bir sıra NATO ölkələrinin Kiyevdəki səfirliklərində məsləhətlər verən uniformalı öz adamları var”, – o deyib.