
“Qərb Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmalıdır, çünki onun həlli perspektivləri hələ görünmür”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində bildirib.
Stoltenberq Rusiya rəhbərliyinin sülh planlaşdırmadığını irəli sürüb. Baş katib qeyd edib ki, Qərb ölkələri Ukraynaya yeni sursat və silahların tədarükü üçün istehsal gücünü artırmalıdır:
“Mövcud döyüş sursatı istehlakı hazırkı istehsal sürətindən yüksəkdir”.
Döyüş meydanındakı hadisələr kontekstində Stoltenberq bildirib ki, NATO-nun verdiyi yardım Ukraynanın əks-hücum əməliyyatını həyata keçirməyə yönəlib.
Eyni zamanda o, bir daha bildirib ki, alyans münaqişə tərəfi deyil və hərbi qərarlar Ukrayna komandanlığı tərəfindən verilir. Amerikanın F-16 qırıcılarının Ukraynaya mümkün tədarükü barədə danışan baş katib “heç bir qərar verilmədiyini” bildirib.