
Almaniya müdafiə xərclərini artırmağa və onu Soyuq müharibə səviyyəsinə qaytarmağa davam etməlidir.
Bunu “Funke” redaksiya qrupunun qəzetlərində dərc olunan müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Gərginlik artdıqca müdafiə xərcləri artırılmalıdır. Soyuq müharibə dövründə Konrad Adenauer (Almaniya kansleri 1949-1963 – Qeyd) və ya Villi Brandt (kansler 1969-1974 – Qeyd) dövründə müdafiə xərcləri iqtisadi məhsuldarlığın 3%-4%-i arasında idi. Biz bunu o zaman etmişdik və indi də təkrar etməliyik”,-deyə, o bildirib.