NATO Yaxın Şərqdə öz müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.

Bu sözləri ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” antiterror əməliyyatını şərh edərkən deyib.

“Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmirik. Bizim üçün bu məsələ gündəlikdədeyil”, – Pentaqon başçısı deyib.

Bununla yanaşı, Esper Suriyanın şimalında vəziyyətin “çətinləşə” biləcəyindən narahalığını ifadə edib. “Hazırda biz oradan (Suriyanın şimalından – red) azı 1000 əsgərimizin təhlükəsiz çıxarılması üzərində işləyirik. Mən bununla əlaqədar olaraq hər hansı qrafik səsləndirmək istəmirəm, orada vəziyyət hər saat dəyişir”, – o qeyd edib.

Esper vurğulayıb ki, mexanikləşdirilmiş bölmələr, artilleriya və ABŞ-ın aviasiyası “15-mininci türk qüvvələrinə” mane olmayacaqlar.

İstinadlar Report