Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə NATO Baş katibinin müavini Radmila Şekerinska arasında görüş keçirilib.
Görüşdə Sülh naminə tərəfdaşlıq (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun rəhbərlik etmiş olduğu sülhə dəstək əməliyyatlarına, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfəsi ilə bağlı məhsuldar müzakirə aparılıb.
Tərəflər, həmçinin Azərbaycanın nəqliyyat infrastrukturunun dünyanın nəqliyyat xəritəsindəki əvəzolunmaz rolundan və regiondakı cari inkişaflardan bəhs ediblər.