İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitinə qatılan liderlər sürprizlə qarşılaşıblar.

Liderlərə təqdim edilən menyuda ilk sırada rus salatı yer alıb. Bu, sammitə qatılan səlahiyyətliləri və mətbuat nümayəndələrini təəccübləndirib. Bununla belə, rus salatı qısa müddətdə tükənib. Salatın bir porsiyası 8 avroya satılıb. 

Nazirlərə verilən şam yeməyində isə əsas yeməklə yanaşı, Ukrayna salatı da var idi.

“Röyters” “Noxud, kartof, yerkökü və mayonezdən ibarət bu salatın Ukraynanın işğalı səbəbiylə Rusiyanın NATO-nun gələcəyi üçün təhdid olduğu zirvənin menyusunda yer alması təəccüblü idi” deyə yazıb. 

İstinadlar Qafqazinfo