NATO Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırır.

Bu barədə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina öz Tviter səhifəsində yazıb.

O qeyd edib ki, NATO Azərbaycan və Ermənistan qüvvələri arasında toqquşmalara dərhal son qoymağa çağırır və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdardırlar.

“Biz insan itkisinə görə dərin təəssüf hissi keçiririk və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqlar masasına qayıtmağa çağırırıq”, – deyə diplomat yazıb.

 

İstinadlar Qafqazinfo