Bu gün NATO-nun Baş katibi Yens Stoltenberq Kosovonun Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşəcək.

Bu barədə Alyansın rəsmi səhifəsində yazılıb.

Qeyd olunub ki, görüşlər NATO-nun Brüsseldəki mənzil qərargahında keçiriləcək.

Həmçinin liderlərin Serbiya və Kosovo arasındakı gərginliyi müzakirə edəcəkləri gözlənilir.

Bildirilib ki, görüşdən sonra mətbuat konfransı təşkil ediləcək.

Xatırladaq ki, Serbiya və Kosovo arasında gərginliyə Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar səbəb olub.

İstinadlar Report