NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.

Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətinin məlumatında deyilir.

İyunun 17-də o, Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Stoltenberq dövlət katibi Antoni Blinkenlə də görüşəcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

İstinadlar Report