“NATO-nun müdafiə nazirləri süni intellektlə bağlı strategiya qəbul edəcək və 1 milyard avroluq Hərbi İnnovasiyalar Fondunun yaradılmasını bəyan edəcəklər”.

Bunu alyansın müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə səfər etmiş NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

NATO-nun İnnovasiyalar Fondu hərbi texnologiyaların və iki təyinatlı texnologiyaların yaradılmasını aktivləşdirmək məqsədilə qrantların ayrılması üçün istifadə ediləcək.

İstinadlar Report