“Mikro, kiçik və orta sahibkarlıq haqqında” qanunda bir sıra institusional və tənzimləmə yönümlü yeniliklər olacaq, ünvanlılıq və etibarlılıq təmin ediləcək..

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Natiq Həsənov deyib.

Onun sözlərinə görə, tənzimləmə yönümlü dəyişikliklərdən biri ilkin olaraq koordinasiya qrupunun yaradılması nəzərdə tutulur: “Koordinasiya qrupu dövlət orqanlarının bu sahədə çevik qərar verməsinə kömək edəcək.

Qanunda qeyd olunan səlahiyyətli orqan KOB sahəsində dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək.

Tənzimləmə yönümlü dəyişikliklərdən biridə vahid reyestrin yaradılmasıdır. Bu reyestr KOB-ların xidmətlərindən nə dərəcədə istifadə edildiyini müəyyənləşdirəcək.

Səmərəliliyi və dəstəyin həcmini qiymətləndirmək üçün biz bilməliyik ki, dövlət qurumlarınıın xidmətlərindən sahibkarlar necə və hansı həcmdə istifadə edir”.

İstinadlar Report