Qlobal Cənub QHT Platforması iqlim dəyişikliyi ilə mübarizədə dəyişiklikləri təşviq etmək üçün mühüm vasitə olacaq.

Bu barədə botsvanalı fəal Nataşa Şeko Qlobal Cənub QHT Platformasının təsis konfransında bildirib.

“Mən iqlim dəyişikliyi ilə mübarizə üzrə aktivistəm və bu gün burada olmaq və bu platformanın bir hissəsi olmaq mənim üçün böyük şərəfdir, çünki o, real dəyişikliklərə töhfə verir”, – o vurğulayıb.

N.Şekonun sözlərinə görə, o, həmişə qlobal dəyişikliklərə ilham verə bilən yerli səylərin gücünə inanıb.

“Burada olmaq mənə məsləkdaşlarımla qarşılıqlı əlaqə qurmaq və əldə etdiyim bilikləri vətənimdə iqlim dəyişikliyinə dayanıqlılığı və davamlı inkişafı təşviq etmək üçün istifadə etmək imkanı verir”, – fəal qeyd edib.

İstinadlar Report