Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnamənin səsvermə prosesinin detalları məlum olub.

Bu qərəzli sənədi Dağlıq Qarabağ münaqişəsinin detalları barədə heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən, iclasboyu telefonlarında qurdalanan senatorların qəbul etməsi diqqətdən yayınmayıb.

Qətnamə layihəsinin qəbul edilməsinə qarşı çıxan yeganə senator Natali Qule səsvermə sonrası belə deyib: “Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Təbii ki, onlar erməni diasporunun tam təsiri altında bunu edirlər. Senatorların bir çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər. Biz münaqişə tərəflərini daim sülhə çağırırdıq, günahsız insanların ölməsini istəmirdik. Artıq razılaşma var, tərəflər müharibəni dayandırıb, artıq qan tökülmür. O zaman bu qərəzli qətnaməyə nə ehtiyac var?”

İstinadlar Report