ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru Bil Nelson Çinin Ay proqramı ilə bağlı narahatlığını bildirib.

Bu barədə NASA rəhbəri ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, ABŞ-nin Ay proqramı ona həvalə olunmuş idarənin cari fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.

“Ayın digər hissəsinə – Cənub qütbünə getməyimizin səbəbi bildiyimiz qədəri ilə orada daimi kölgədə olan qaya yarıqlarında buzun olmasıdır. Orada həqiqətən də hidrogen və oksigen varsa, deməli, söhbət dəyərli resursdan gedir. Buna görə Çin də Cənub qütbünə doğru gedir. Mən bununla bağlı narahatlığımı açıq şəkildə bildirmişdim və mövqeyimlə bağlı dəyişən bir şey yoxdur”, – NASA rəhbəri söyləyib.

İstinadlar Report