Neftçalada qanunsuz narkotik dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan Samid Salamovdan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkar edilib.

Bakupost-az saytının yaydığı məlumata görə isə Samid Salamov axund kimi Neftçalada mədrəsədə çalışıb. O, rayonda Kərbəlayi Samid kimi tanınır. O, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib.

Faktla bağlı araşdırma davam edir.