Mayın 23-ü saat 18:00-da Abşeron rayonu ərazisindəki postda manevr qaydasını pozan “Daewoo” markalı avtobusun sürücüsü Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Polis əməkdaşları onun barəsində protokol tərtib edərək məhkəməyə göndəriblər.

Məhkəmənin qərarı ilə M.Nəbiyev 2 il ərzində sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.

İstinadlar Qafqazinfo