Kolumbiya hakimiyyəti narkotik kartellərinin Prezident Qustavo Petronu təyyarəsini vuraraq öldürməyi planlaşdırdığından şübhələnir.

Bunu dövlət başçısı yeni polis rəisi Karlos Triananın vəzifəyə başlama mərasimində deyib.

“General Triana, buna son qoymalısınız. Mən bunun qorxulu olduğunu bilirəm. Bildiyiniz kimi, onlar mənim təyyarəmi narkotik alverçilərinin aldığı raketlə vurmaq istəyirlər. Onların bir yox, iki raketi var və biz onların kim olduğunu bilirik”, – Petro deyib.

Prezident hesab edir ki, narkotik kartelləri onu öldürmək istəyirlər, çünki hökumət dünyanın ən böyük mafioz qruplarını təqib edir.

İstinadlar Report