İsveçin Helsinqborq şəhərində narkotik qaçaqmalçılığında şübhəli bilinən bir nəfərin yaşadığı ünvanda yerli və İspaniya polisinin apardığı axtarış zamanı avtomobillər və bahalı əntiq mebel əşyaları ilə yanaşı, zərgərlik məmulatları və sənət əsərləri aşkar edilərək götürülüb.

Sveç polisinin verdiyi açıqlamaya görə, həmin ünvanda Pablo Pikasso, Andi Uorhol, Mark Şaqal kimi tanınmış rəssamların əsərləri də var.

Həmçinin müsadirə olunan 400 min kron (48 min ABŞ dolları) dəyərində qədim yazı masasının Stokholmdan oğurlandığı güman edilir.

İstinadlar Report