AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Qazaxıstanda meşə yanğınıda 14 nəfər ölüb
  • Şahzadə Uilyam atasının şərəfinə keçiriləcək paradının əsas məşqində iştirak edib
  • Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?
  • Yoluxanların sayı açıqlandı
  • Ərdoğanın ölkəmizə səfər proqramı açıqlandı
  • Növbəti genişmiqyaslı təmizlik aksiyaları keçirildi – Fotolar
  • Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb
  • Bu şagirdlər monitorinqə cəlb olundu
  • Şolts sığınacaqla bağlı qanunu sərtləşdirən Aİ ölkələrinin razılaşmasını dəstəkləyib
  • Azərbaycanda tarixçi alim vəfat edib
  • Ərdoğanın ölkəmizə səfər proqramı açıqlandı
  • Növbəti genişmiqyaslı təmizlik aksiyaları keçirildi – Fotolar
  • Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb
  • Bu şagirdlər monitorinqə cəlb olundu
  • Şolts sığınacaqla bağlı qanunu sərtləşdirən Aİ ölkələrinin razılaşmasını dəstəkləyib
  • Növbəti “Komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib
  • Kanalda batan 17 yaşlı oğlanın meyiti çıxarılaraq təhvil verildi
  • Xankəndi-Gorus istiqamətində mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsinin GÖRÜNTÜLƏRİ
  • S&P: “Azərbaycanın qaz sektoru üçün perspektivlər əlverişlidir”
  • Qohumunun maşınını oğurladı, Quba yolunda tutuldu
  • “S&P”: “2027-ci ilədək Azərbaycanın xalis beynəlxalq investisiya mövqeyi ÜDM-in 65%-ni təşkil edəcək”
  • DSX-nin hərbçisi özünün güllələyərək öldürüb
  • “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir
  • XİN Türkiyədəki partlayışla bağlı başsağlığı verdi
  • Şahin Mustafayev: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi nəzərdə tutulur”
  • İcra başçısı ilə tutulan idarə rəisi azadlığa buraxıldı
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Narkoloji Dispanserdə testdən keçmədən 10 manata arayış verilir – VİDEO
26/05/2023 12:43
Hansı hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər? – Video
10/06/2023 05:41
“Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq” – Video – Fotolar
09/06/2023 15:29
Güclü küləkdə bayrağı belə dəyişdi – Video
09/06/2023 12:04
“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO
09/06/2023 05:38
Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video
08/06/2023 21:22
Hərbi vəzifəlilərin təlimindən – Video
08/06/2023 17:11
DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO
08/06/2023 10:23
Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO
08/06/2023 10:06
Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO
08/06/2023 04:38
Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video
07/06/2023 14:44
Zakir Həsənov erməni təxribatlarından danışdı – Video
07/06/2023 12:59
Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video
07/06/2023 11:02
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video
07/06/2023 06:26
Seldən qaçan el… – Video + Fotolar
07/06/2023 05:44
Sinan Ogan 5 il sonra da… – Video
07/06/2023 04:37
87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video
06/06/2023 15:35

Video xəbərlər

  • Hansı hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər? – Video
  • “Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq” – Video – Fotolar
  • Güclü küləkdə bayrağı belə dəyişdi – Video
  • “Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO
  • Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

10/06/2023
18:14 Qazaxıstanda meşə yanğınıda 14 nəfər ölüb
17:44 Şahzadə Uilyam atasının şərəfinə keçiriləcək paradının əsas məşqində iştirak edib
17:41 Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?
17:38 Yoluxanların sayı açıqlandı
17:29 Ərdoğanın ölkəmizə səfər proqramı açıqlandı
16:54 Növbəti genişmiqyaslı təmizlik aksiyaları keçirildi – Fotolar
16:23 Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb
16:08 Bu şagirdlər monitorinqə cəlb olundu
15:59 Şolts sığınacaqla bağlı qanunu sərtləşdirən Aİ ölkələrinin razılaşmasını dəstəkləyib
15:23 Azərbaycanda tarixçi alim vəfat edib
15:20 Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edilib
15:08 Növbəti “Komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib
15:07 “S&P” :”Azərbaycanın dövlət idarəçiliyi sektorunun profisiti ortamüddətli perspektivdə davam edəcək”
15:05 Niderlandda sənaye zonasında güclü yanğın baş verib
14:47 Kanadanın Baş naziri Kiyevdədir
14:32 Kanalda batan 17 yaşlı oğlanın meyiti çıxarılaraq təhvil verildi
14:29 Xankəndi-Gorus istiqamətində mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsinin GÖRÜNTÜLƏRİ
14:20 Türkiyənin müdafiə naziri raket fabrikindəki yanğına görə Hataydan Ankaraya qayıdıb
14:11 S&P: “Azərbaycanın qaz sektoru üçün perspektivlər əlverişlidir”
14:02 Ukraynanın Almaniyadakı səfiri: “Kaxovka SES-in partladılması nəticəsində dəymiş ziyan 14 milyard dollardır”
13:50 Qohumunun maşınını oğurladı, Quba yolunda tutuldu
13:46 Son bir ay ərzində Azərbaycanda 20 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
13:44 “S&P”: “2027-ci ilədək Azərbaycanın xalis beynəlxalq investisiya mövqeyi ÜDM-in 65%-ni təşkil edəcək”
13:38 200 min uşağın təhsilə cəlb edilməməsi iddialarına – Ekspert cavabı
13:35 DSX-nin hərbçisi özünün güllələyərək öldürüb
13:31 Yuxarı Şirvan kanalında batan gəncin meyiti tapılıb
13:29 “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir
13:20 XİN Türkiyədəki partlayışla bağlı başsağlığı verdi
13:02 Qənirə Paşayeva Qazaxıstana səfər edəcək
12:59 Biləsuvarda küçəyə heyvan cəsədləri atan qadın cəzalandırılıb
12:53 Sabah 33° isti olacaq
12:38 Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin həbs müddətinin uzadılmasına etiraz edib
12:32 KİV: ABŞ və İran rəsmiləri arasında Omanda vasitəçilik yolu ilə danışıqlar olub
12:29 Azərbaycanda tədarük məntəqələrinə 290 ton yaş barama təhvil verilib
12:14 Prokurorluq: “Abşeronda qadının atraksiondan yıxılaraq ölmasi faktı araşdırılır”
12:11 Şahin Mustafayev: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi nəzərdə tutulur”
12:08 Türkiyədə raket fabrikində yanğın olub, 5 nəfər ölüb
12:05 Bakıda növbəti ümumşəhər daxili iməcliyi keçirildi – Fotolar
11:50 Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı olub
11:43 Göyçayda bələdiyyə sədrləri cərimələnib
11:41 İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib
11:35 Bakıda “Bir Peşənin Sirri” festivalı keçirilib
11:23 Bakıda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
11:05 İcra başçısı ilə tutulan idarə rəisi azadlığa buraxıldı
10:59 Bakı sakininin bank hesabından pul oğurlanıb
10:53 Seçkilərdə gündəmə gələn Əfruzə müəllim öldü
10:49 Azərbaycan neftinin qiyməti dəyişməyib
10:47 Müdafiə naziri komanda-qərargah təliminin yekun iclasını keçirib, tapşırıqlar verib
10:43 Zakir Həsənov azad edilmiş ərazilərdə komanda-qərargah təlimini izləyib
10:41 Ağcabədidə axtarışda olan şəxs saxlanılıb
10:20 Sabirabadda 48 yaşlı kişi intihar edib
10:19 Ötən gün yol qəzalarında 2 nəfər ölüb
10:17 Ukrayna Baxmut ətrafında, Donetsk və Zaporojyenin müxtəlif istiqamətlərində irəliləyir
10:14 DYP “Əziz Şuşa” velosiped turnirinin IV mərhələsi ilə bağlı sürücülərə müraciət edib
09:59 Mövqelərimiz atəşə tutuldu
09:53 Qadın atraksiondan yıxılıb öldü – Xırdalan parkında dəhşət
09:44 Rusiya Ukraynada son sutkada 890-dan çox hərbçi itirib
09:35 DYP məktəblilərin ekskursiyaları ilə bağlı valideynlərə müraciət edib
09:29 Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb
09:08 Ağdaşda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Narkoloji Dispanserdə testdən keçmədən 10 manata arayış verilir – VİDEO

Hadisə 26/05/2023 12:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb.

Iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb.

Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.

Həmçinin Mərkəzin direktoru Qalib Məmmədov arayış almaq üçün hər hansı məbləğ alındığını təkzib edib. Arayış yazan əməkdaş otağa dəvət edilib, lakin o, arayış üçün pul istədiyini inkar edib.

Ətraflı süjeti təqdim edirik:

İstinadlar Baku tv
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hansı hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər? – Video

Multimedia 10/06/2023 05:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Cinayətə görə tətbiq edilən cəza fərdi xarakter daşıyır və məhkumluq yaradır. Cəzanın əsas məqsədlərindən biri isə məhkumu cəmiyyət üçün yararlı şəxsə çevirməyə edilən cəhddir. Buna görə də qanunla müəyyən olunan hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər.

Bəs, sözügedən hallar hansılardır?

“Qafqazinfo” mövzu ilə bağlı İctimai Televiziyanın hazırladığı süjeti təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq” – Video – Fotolar

Multimedia 09/06/2023 15:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Artıq bir neçə ildir ki, ölkədə tibbi xidmətlər hər kəs üçün əlçatandır. 6 il əvvəl bir neçə rayonda pilot layihə kimi tətbiqinə başlanılan icbari tibbi sığorta 2021-ci ildən bütün ölkə ərazisini əhatə edir.

Ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilirlər. Burada həmçinin hamiləlik dövründə ana və dölün sağlamlığının tam təminatı üçün Xidmətlər Zərfi çərçivəsində həkim tərəfindən təyin olunmuş tibbi xidmətlər qarşılanır. O cümlədən, icbari tibbi sığorta çərçivəsində uşaqların icbari dispanserizasiyası təşkil edilir.

Hamilə qadınların, uşaqların sağlam həyat tərzi və icbari tibbi sığortanın buradakı rolu necədir? Hamilə qadınların müayinələri, qeydiyyatı, ana südü ilə qidalandırma, uşaqların icbari dispanserizasiyası necə həyata keçirilir? “Qafqazinfo” bu və digər suallara aydınlıq gətirmək üçün 2 nömrəli Qadın Məsləhətxanasının mama-ginekoloqu Vüsalə Səmədova ilə söhbətləşib.

Həkimin sözlərinə görə, hamilə qadınların sağlamlığı icbari tibbi sığorta çərçivəsində ilk növbədə hamiləlik protokolları əsasında qorunur. Hamilələrdən məsləhətxanaya hər gəlişlərində hamiləlik dövrünə uyğun analizlər götürülür: “İlk müayinənin 12-ci həftəyə qədər olması məqsədəuyğundur. İlk müayinədə hamilənin arterial təzyiqi, nəbz sayı ölçülür, bədən kütlə indeksi, boyu, çəkisi yoxlanılır, daxili orqanlarının ilkin müayinəsi aparılır. Eyni zamanda təxmini doğuş tarixi təyin edilir. Sonrakı dövrdə protokol əsasında Xidmətlər Zərfinə daxil olan müvafiq laborator analizlər, ultrasəs müayinələri də həyata keçirilir. Müayinələrin nəticəsinə uyğun hamilələrə yardım edilir, qidalanma rejimi təyin olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bizim müəssisə son inkişaf mərhələsinə uyğun yüksək keyfiyyətli yeni ultrasəs aparatı ilə təmin olunub”.


Müraciət edən hamilələrin sayı artıb

V.Səmədovanın sözlərinə görə, ilkin müayinələrdə mənfi qan qrupuna malik olan hamilələrdə anti-D immunoprofilaktika aparılır. Əks cismlər varsa, digər ixtisaslı müəssisələrə göndəriş verilir. Problem yoxdursa, antirezus verilir, inyeksiyalar icra olunur. Hamilələr tam şəkildə müayinələrini keçmiş şəkildə doğum evlərinə yola salınır. Onlara 32-ci həftəsində hamiləliyin gedişatı haqqında tam informasiya daşıyan mübadilə vərəqəsi təqdim olunur: “Heç də bütün hamilələr bizə fizioloji sağlam müraciət etmirlər. Şəkərli diabetdən, qanazlığından əziyyət çəkən, böyrək patologiyası, talassemiya daşıyıcısı olan hamilələrimiz də var. Ekstragenital problemləri olan hamilələrimizlə bağlı ixtisaslı həkimlərə göndəriş veririk. Onların da müalicələri icbari tibbi sığorta sistemində tam şəkildə təmin olunur. Müəssisə daxilində mümkün olan analizlər götürülür, orada olmayan analizlər üçün başqa müəssisələrə sistemləşdirilmiş şəkildə göndərişlər verilir”.

Oxumağa dəyər:   Putin Ukraynanın əks-hücuma başladığını elan edib

İcbari tibbi sığortanın Xidmətlər Zərfində doğuş vә qeysəriyyə kəsiyi əməliyyatı qarşılanır. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir.

Həkim həmçinin uşaqların ana südü ilə qidalandırılmasının əhəmiyyəti haqqında da danışıb. Onun sözlərinə görə, ana südü ilə qidalandırmaya doğum evində başlanılır. Yenidoğulmuşun ilk bir saat ərzində anasının dərisinə, süd vəzisinə toxunması, əmmə refleksini icra etməsi çox önəmlidir. Ananın qoxusunu alma, ana südü ilə qidalanma onların yaşam qabiliyyətini çoxaldır, ölüm faizini azaldır: “Bəzən erkən doğuşlar da olur. Bu müddətdə də ilkin bir saat ərzində ana ilə uşaq arasında münasibətin təminatı çox önəm kəsb edir. Ana südünün tərkibi proteinlərlə zəngindir. Bunlar uşaqların immun sisteminin formalaşmasına təsir edir. Uşağı ana südü ilə əmizdirmə ana üçün də faydalıdır, onu süd vəzi xərçəngindən qoruyur. Həmçinin bu ailə planlaması baxımından da faydalıdır.
İcbari tibbi sığortanın tətbiqindən sonra müraciət sayı artdığına görə doğuşa yaxın müddətdə analar südvermə prosesinə hazırlanır. Onlara ana südünün uşaq üçün faydaları izah edilir. Zahılıq dövründə də bu proses davam edir”.

“Xəstəxanaların idarə edilməsi sistemi” sənədləşmə işini asanlaşdırıb

Həmsöhbətimiz hazırda müraciət edən hamilələrin sayının artdığını qeyd edir: “Hamilələrimiz əvvəllər daha çox dağınıq formada, sadəcə doğuş zamanı gəlirdilər. İndi müayinələr gecikdirilmir. Sahələr üzrə patronaj sistemimiz fəaliyyət göstərir. Xidmətlər Zərfinə aid bütün müayinələrimiz müəssisə daxilində keçirildiyinə görə, artıq qadın məsləhətxanasına müraciət edən hamilələrin sayı artıb”.

Mama-ginekoloq deyir ki, “Xəstəxanaların idarə edilməsi sistemi”nin tətbiqindən sonra sənədləşmə işi asanlaşıb. Sistemin tətbiqi ilə pasiyentin digər müəsisələrdə hansı müayinə və müalicələrdən keçdiyini görmək mümkündür.

Oxumağa dəyər:   Qazaxıstanda meşə yanğını: 3 nəfər ölüb, 30 min hektar ərazi yanıb

Bu sistem təkcə hamilələrlə bağlı deyil, 18 yaşınadək uşaqların icbari dispanserizasiyası ilə bağlı da uğurla tətbiq olunur. Bütün uşaqların müayinələrinin nəticələri mövcud sistemə daxil edilir.

1 nömrəli Uşaq Poliklinikasının baş həkimi Ayşən Lemberanskayanın sözlərinə görə, icbari dispanserizasiya həm poliklinika şəraitində, həm bağça, həm də məktəblərdə təşkil olunur. Sistemdə hər bir uşaq haqqında məlumat qeyd olunur. Poliklinikaya yeni bir uşaq qeydiyyata alınırsa, artıq onun daha əvvəl harada qeydiyyatda olduğu, nə vaxt icbari dispanserizasiyadan keçdiyi əks olunur: “Hər bir sağlam uşaq ildə bir dəfə mütləq icbari dispanserizasiyadan keçməlidir. Poliklinikada icbari tibbi sığorta çərçivəsində uşaqların həkim-pediatr, oftalmoloq, otorinolarinqoloq (LOR həkimi), həkim-nevropatoloq, loqoped və stomatoloqlar tərəfindən müayinələri aparılır. Profilaktik müayinələr zamanı onların müxtəlif orqan və sistemlərinin, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması, danışıq, qamət, eşitmə, görmə, qulaq, burun, boğaz orqanlarının yoxlanılması və digər tibbi xidmətlər göstərilir.

Həmçinin uşaq bağçaları və məktəblərdə də icbari dispanserizasiya aparılır. Hər ilin əvvəlində icbari dispanserizasiyanın keçirilməsinə dair cədvəl tərtib olunur, həkim briqadası təşkil olunur. Bağçalara gedəcək briqadaya əlavə olaraq, loqoped, məktəblərə isə cərrah-ortoped də daxil edilib.

Məktəbin və ya bağçanın rəhbərliyi ilə əvvəlcədən danışılır və şərait yaradılır ki, qeyd olunan tarixlərdə həkimlər ora getsinlər. Elə məktəb var ki, orada uşaq sayı 2 mindən çoxdur. Ona görə də bəzən bu proses bir neçə gün çəkir. Uşaqlar həkimlər tərəfindən müayinə olunur və hansısa problem yarananda onlar lazım olan mütəxəssislərə yönləndirilir.

İcbari tibbi sığortanın tətbiqindən valideynlər də çox razı qalırlar. Bəzən hətta mənim yanıma gəlib təşəkkürlərini bildirirlər. Deyirlər ki, sığorta ilə bütün həkimlərdən keçdik və çox razı qaldıq”.

Dispanser müayinələrin profilaktik müayinələrdən fərqi nədir?

Müsahibimiz deyir ki, icbari dispanser müayinələr profilaktik müayinələrdən fərqli olaraq sağlam uşaqlara aiddir. Hansısa problem, nasazlıq olanda isə valideynlərin və ya uşaqların şikayətləri əsasında profilaktik müayinələr keçirilir. İcbari dispanserizasiyanın əsas məqsədi xəstəliklərin erkən aşkarlanması və ya hansısa xəstəliyin inkişaf etmədən qarşısının alınmasına yönəlib: “Bəzən elə hallar olur ki, həkim pediatr uşağın ürək tonlarının karlaşması, ürək nahiyəsində küy olmasını müəyyən edir. Belə halda briqadaya təhkim olunmayan poliklinikanın həkim-kardioloquna yönləndirilir. Biz ərazi üzrə poliklinikaya göndəriş veririk və kardioloqun müayinəsindən sonra lazım olduğu halda uşaq dispanser qeydiyyata götürülür, müalicə təyin olunur”.

Oxumağa dəyər:   Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib, ölən və yaralananlar var

A.Lemberanskaya deyir ki, artıq poliklinikaya gələnlərin sayı daha çoxdur: “Elə valideynlər var ki, heç uşaqlarında hansısa xəstəliyin olduğunu bilmirlər. Məhz icbari dispanserizasiya sayəsində məlumat alırlar”.

Ağız boşluğu müayinələri niyə lazımdır?

İcbari dispanserizasiya həm də uşaqlarda ağız boşluğunun gigiyenası baxımından əhəmiyyətlidir. Bu prosesə uşaq anadan olandan başlanılır və uşağın sağlamlığına böyük təsir göstərir. Ağızda olan infeksiya anginalara, ürək-damar xəstəliklərinə gətirib çıxara bilər. Ağız boşluğunun müayinəsinin düzgün aparılması ağızda bakteriyaların və onların toksinlərinin yayılmasının qarşısını ala bilər.

İcbari dispanserizasiya zamanı həm stomatoloq, həm də LOR həkim tərəfindən uşaqların ağız boşluğunun gigiyenasına mütləq diqqət yetirilir. Lazım olanda məsləhət verilir və müalicə olunur”.

Uşaqlarda sağlam həyat tərzinin təşviqi ilə bağlı danışan müsahibimiz bildirib ki, sağlam həyatın bu kriteriyaları var: “Düzgün qidalanma, uşaqların fiziki fəallığı, şəxsi gigiyena, sağlam, dolğun yuxu, sağlamlaşdırıcı tədbirlər, sağlam psixi və emosional vəziyyət – bunlar sağlam həyatın kriteriyalarıdır.

Hazırda uşaqların əksəriyyəti miopiyadan əziyyət çəkirlər. Bəzən valideynlər buna fikir vermirlər. Biz aşkar etdikdə poliklinika şəraitində nə lazımdırsa edirik, lakin nəsə ciddi problem olanda xəstəxanaya göndərilir. İcbari dispanserizasiya anadan olandan 18 yaşa qədər uşaqları əhatə edir”.

Beləliklə, hamilələrin vaxtında tibbi müayinələrdən keçməsi və uşaqların icbari dispanserizasiyası onların sağlam inkişafına təminat verir. Bu həm də sağlam gələcəyin təminatıdır.

Gülnar Əliyeva
Foto-video: Müzəffər İsmayılov, Xəyal Vəlizadə

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Güclü küləkdə bayrağı belə dəyişdi – Video

Multimedia 09/06/2023 12:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dünən Naxçıvan şəhərinin sakinləri maraqlı və diqqətiçəkən “xilasetmə” əməliyyatının şahidi olublar.

Naxçıvan Hava limanına gedən yolun üzrəində yerləşən bayraq parçasının güclü küləyin təsirindən yararsız vəziyyətə düşdüyünü görən Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu mənzərəyə etinasız qala bilməyiblər.

Dərhal qurum rəhbərliyinə məlumat verilib və xilasedicilər tərəfindən xüsusi əməliyyat reallaşdırılıb. Naxçıvan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi vasitələrlə hündür bayraq dirəyinə çıxaraq bayraq parçasının dirəkdə qalan hissəsini çıxarıb. Sonra Xidmətin əməkdaşları tərəfindən dirəyə yeni bayraq bərkidilərək dövlət rəmzimizin yenidən həmin yerdə tam şəkildə dalğalanması təmin olunub.

Həmin əməliyyatın videosunu təqdim edirik:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO

Multimedia 09/06/2023 05:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən həftədən sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satdığını deyən 10 yaşlı Elvinin videosu yayılıb.

Baku TV qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvinin rayonunda (Gədəbəy) olub.

Azyaşlıların nənəsi və anası danışaraq maddi imkanlarının qənaətbəxş olmadığını bildiriblər. 

“4 ildir ayrılmışıq. Kimsəsiz insanam, qonşular kömək edir, dolanıram. Aliment də kəsiblər, vallah, verə bilmirəm. Fəhləlik olanda gedib 5-3 manat qazanıram. Elə gün olur ki, ac yatıram… Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar”, – deyə uşaqların anası deyib.

Daha ətraflı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video

Multimedia 08/06/2023 21:22
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.

Xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar. Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər.

Hadisə iyun ayının 6-sı baş verib.

2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.

Ev sahibi isə aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətçidir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Naziriyindən “Xəzər Xəbər”ə bildirilib ki, quruma bununla bağlı müraciət daxil olub. Ancaq insan faktoru təhlükəsi olmadığına görə aidiyyəti üzrə rayon icra hakimiyyətinə yönəldilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib və lazımi qurumlara rəsmi müraciət olunub.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hərbi vəzifəlilərin təlimindən – Video

Multimedia 08/06/2023 17:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“N” hərbi hissəsində 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışda hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Əvvəlcə hərbi vəzifəlilərə təhlükəsizlik, silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları çatdırılıb.

Təlim sahəsində praktiki vərdişlərini təkmilləşdirən hərbi vəzifəlilər silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və düzgün nişanalma qaydalarına əməl etməklə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO

Hadisə 08/06/2023 10:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son bir neçə gün ərzində keçirilən belə tədbirlər zamanı 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər verdiyimiz kimi vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələri sahiblərinə fasiləsiz xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır.

Araşdırmalar zamanı qeyri-qanuni yollara əl ataraq avtomobili texniki baxışa təqdim etməyən avtobusların əsasən mərkəzdən kənarda, kənd və qəsəbələr arasında fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Son bir neçə gün ərzində keçirilən belə tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.

Oxumağa dəyər:   Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib, ölən və yaralananlar var

Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub. Sərnişinlərin rahatlığını təmin etmək və avtobusların qısa müddətdə xəttə qayıtması məqsədi ilə onlara dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsində xüsusi şərait yaradılıb.

Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz tövhəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.

Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Hadisə 08/06/2023 10:06
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gecə FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Bina və mənzillər yanğından mühafizə olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO

Multimedia 08/06/2023 04:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda piyadaların ən çox vurulduğu ərazilər açıqlanıb. 

Mövzu ilə bağlı İctimai Televiziya reportaj hazırlayıb. 

Bildirilib ki, Bakıda piyadaların ən çox vurulduğu ərazilər Heydər Əliyev, Ziya Bünyadov, Babək, 8 Noyabr Prospekti və Yusif Səfərov küçələridir.

Sözügedən süjeti təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video

Multimedia 07/06/2023 14:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Belə ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir-neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.

***

İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub. 

Qeyd edilib ki, gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaşqaçay üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası aparılır.

Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.

Oxumağa dəyər:   Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zakir Həsənov erməni təxribatlarından danışdı – Video

Multimedia 07/06/2023 12:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İyunun 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Z.Həsənov macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb. Qeyri-qanuni erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və bu kimi digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.

Eyni zamanda, qeyd olunub ki, hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.

Cənab K.Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.

Oxumağa dəyər:   Hansı hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər? - Video

Macarıstanın müdafiə naziri ölkəsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video

Multimedia 07/06/2023 11:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olub. 

Bununla bağlı Naxçıvan Televiziyası süjet hazırlayıb. 

Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq. 

Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər. 

Həmin süjeti təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video

Multimedia 07/06/2023 06:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Habillə mənim çox zarafatlarım olub”.

Bu sözləri İctimai TV-nin verilişində mərhum tarzən Habil Əliyevlə bağlı xatirələrini bölüşərkən xanəndə Arif Babayev deyib.

O, İtaliyaya qastrol səfəri zamanı aralarındakı maraqlı hadisədən danışıb.

Sözügedən videonu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Seldən qaçan el… – Video + Fotolar

Multimedia 07/06/2023 05:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə yağan şiddətli yağış Samsunda həyatı iflic edib. 

Nəticədə Terme çayı daşaraq evləri su basıb.

Təbiət hadisəsi 1 nəfərin həyatına son qoyub.

Rayonun Terme qəsəbəsində tövlə və evlər dağılıb, əkinçilik sahələri və otlaqlara külli miqdarda ziyan dəyib. Sakinlər qəsəbədən təxliyə olunublar.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sinan Ogan 5 il sonra da… – Video

Multimedia 07/06/2023 04:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacağam”.

Bunu Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan qatıldığı verilişlərin birində deyib.

O bildirib ki, siyasi mübarizəsi sona kimi davam edəcək.

 Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video

Multimedia 06/06/2023 15:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, xilasedicilər dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 10/06/2023 05:41

Hansı hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər? – Video

Read more
Multimedia 09/06/2023 15:29

“Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq” – Video – Fotolar

Read more
Multimedia 09/06/2023 12:04

Güclü küləkdə bayrağı belə dəyişdi – Video

Read more
Multimedia 09/06/2023 05:38

“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO

Read more
Multimedia 08/06/2023 21:22

Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video

Read more
Multimedia 08/06/2023 17:11

Hərbi vəzifəlilərin təlimindən – Video

Read more
Hadisə 08/06/2023 10:23

DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO

Read more
Hadisə 08/06/2023 10:06

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Read more
Multimedia 08/06/2023 04:38

Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO

Read more
Multimedia 07/06/2023 14:44

Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video

Read more
Multimedia 07/06/2023 12:59

Zakir Həsənov erməni təxribatlarından danışdı – Video

Read more
Multimedia 07/06/2023 11:02

Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video

Read more
Multimedia 07/06/2023 06:26

Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video

Read more
Multimedia 07/06/2023 05:44

Seldən qaçan el… – Video + Fotolar

Read more
Multimedia 07/06/2023 04:37

Sinan Ogan 5 il sonra da… – Video

Read more
Multimedia 06/06/2023 15:35

87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video

Read more
Xəbər 06/06/2023 15:27

Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…

Read more
Multimedia 06/06/2023 15:17

Minadan təmizlənən ərazilərimizlə bağlı açıqlama – Video

Read more
Hadisə 06/06/2023 09:59

Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib – VİDEO

Read more
Multimedia 05/06/2023 22:17

Amerikadan gətirilən avtomobillər bahalaşacaq – Video

Read more
Multimedia 05/06/2023 12:44

Ərdoğana sevgisini belə ifadə etdi – Video

Read more
Multimedia 05/06/2023 12:19

Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib – VİDEO

Read more
Hadisə 05/06/2023 09:38

Bakıda hərbi sursat aşkarlanıb – VİDEO

Read more
Multimedia 04/06/2023 23:14

Erməni diversantların etirafları… – Video

Read more
Multimedia 03/06/2023 23:11

Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı – VİDEO

Read more
Multimedia 03/06/2023 22:44

“İşgəncələr məbədi – Şuşa həbsxanası” nümayiş olundu – Video

Read more
Multimedia 03/06/2023 18:50

Ərdoğan İlham Əliyevlə görüşdü, salon alqışladı – Video

Read more
Multimedia 03/06/2023 10:14

Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı – VİDEO

Read more
Multimedia 03/06/2023 01:02

Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – Video

Read more
Multimedia 02/06/2023 16:44

İqbal Məmmədov fotolarla şantaj edildiklərini təsdiqlədi – VİDEO

Read more
Multimedia 02/06/2023 15:32

Sudan qanunsuz istifadə hallarının qarşısı alındı – Video

Read more
Multimedia 02/06/2023 13:14

Qazaxıstan MN-in nümayəndə heyəti Azərbaycanda – Video

Read more
Hadisə 02/06/2023 11:16

Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO

Read more
Multimedia 02/06/2023 00:02

Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO

Read more
Multimedia 01/06/2023 16:19

Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video

Read more
Multimedia 01/06/2023 11:35

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla