Rəqəmsal kollaj sənətçisi Uğur Gallenkuş Beynəlxalq Qızlar Günü ilə bağlı hazırladığı əsərləri təqdim edib.

Onun hazırladığı 9 əsər arasında ötən il Gəncəyə atılan raket nəticəsində şəhid edilən 10 aylıq Narinin də fotosu yer alıb.

Gallenkuş rəsmi instaqram hesabında paylaşdığı foto barədə məlumat verərək bildirib ki, Narin ermənilər tərəfindən ötən ilin oktyabrın 17-də atılan raket nəticəsində anası ilə birlikdə həlak olub.

Sənətçinin Narinin fotosu ilə birgə paylaşdığı digər şəkillər də müharibə qurbanları olan azyaşlı qızlarla bağlıdır.

Qeyd edək ki, türkiyəli sənətçinin İnstaqramda 1,1 milyon izləyicisi var.








İstinadlar Qafqazinfo