Baş nazir Narendra Modi investisiyaların cəlb olunmasına köməklik göstərmək və yaşıl enerji sahəsində əməkdaşlıqların reallaşdırılmasına imkan yaratmaq məqsədilə cümə axşamı Hindistan-ABŞ iqlim və təmiz enerji üzrə tərəfdaşlığı elan edib.

Birləşmiş Ştatların ev sahibliyi etdiyi iqlim mövzusunda keçirilən liderlərin virtual sammitində Baş nazir Modi qeyd edib: “ İqlimlə bağlı məsuliyyətli addımlar atan bir ölkə kimi Hindistan, tərəfdaşlarını Hindistanda davamlı inkişafla bağlı sistemlər yaratmağa çağırır. Bütün bunlar, həmçinin yaşıl maliyyəyə və təmiz texnologiyaları əlverişli formada əldə etməyə ehtiyacı olan digər inkişaf etməkdə olan ölkələrə kömək edə bilər.”

O əlavə edib: “Buna görə də, Prezident Biden və mən “Hindistan-ABŞ iqlim və 2030-cu il təmiz enerji ilə bağlı gündəm əməkdaşlığı”nı başladırıq. Biz birlikdə investisiyaların səfərbər olunmasına, təmiz texnologiyaların nümayiş etdirilməsinə və yaşıl əməkdaşlıqların həyata keçirilməsinə köməklik edəcəyik.”

İqlim dəyişikliyi ilə bağlı hlükəni dünyada milyonlarla insan üçün “yaşanmış bir reallıq”  adlandıran Baş nazir Modi, Hindistanın həyat tərzinin davamlı ənənəvi təcrübələrə dayandığını və inkişafla bağlıçətinliklərə baxmayaraq, təmiz enerji üzrə çox cəsarətli addımların atıldığını söyləyib.

O deyib: “Bəşəriyyət hazırda qlobal pandemiya ilə mübarizə aparır və bu hal iqlim dəyişikliyi təhlükəsinin aradan qalxmadığını bir daha xatırladır. Bu, dünyada milyonlarla insanın yaşadığı bir gerçəklikdir”

Baş nazir Modi qeyd etdi ki, 2030-cu ilədək 450 Gigavat həcmində uğurlu bərpa olunan enerji ilə bağlı hədəfimiz bununla bağlı qəti qərarımızı göstərir. İnkişafla bağlı çətinliklərə baxmayaraq, təmiz enerji, enerji səmərəliliyi, meşələrin salınması və biomüxtəliflik mövzusunda çox cəsarətli addımlar atdıq.

Baş nazir Modi əlavə edib ki, Hindistanın adambaşına düşən karbon emissiyası qlobal ortalamadan 60  faizdən daha aşağıdır.

40-a yaxın dünya lideri iştirak etdiyi sammitdə Baş nazir, “2030-cu ilədək Kollektiv Sıçrayış” mövzusunda liderlərin iclasında çıxış edib.

Sammit, 2021-ci ilin noyabr ayında Tərəflərin 26-cı BMT İqlim Dəyişikliyi Konfransına (COP26) hazırlıq ərəfəsində keçiriləcək iqlim problemlərinə həsr olunmuş bir sıra qlobal görüşlərin bir hissəsidir.