Sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonu ərazisində bostan məhsullarının (qarpız-yemiş) satışı ilə məşğul olan məntəqənin yolun hərəkət hissəsini kəsdiyini əks etdirən görüntü yayılıb.

Babək prospektinin Yeni Günəşli qəsəbəsi istiqamətindəki hissəsində yerləşən satış nöqtəsinin avtomobillərin və piyadaların hərəkətinə mane olması narazılıqla qarşılanıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, avqustun 11-də polis əməkdaşları əraziyə gedərək neqativ halı aradan qaldırblar: “Həmin şəxs barəsində isə qanunvericilyə uyğun tədbir görülüb”.

İstinadlar Qafqazinfo