“Növbəti seçkilərdə namizədlərin məntəqələrə daxil olması qadağan olunmalıdır”.

Bunu millət vəkili Aydın Mirzəzadə parlamentin iclasında çıxışı zamanı bildirib.

“Parlament seçkilərində namizədlərin məntəqələrə daxil olması etik qaydalara uyğun deyil. Uduzacağını bilən namizədlər məntəqələrə girir, məntəqə sədrlərini əsəbləşdirirdilər. Buna görə də, hesab edirəm ki, növbəti seçkilərdə namizədlər seçki məntəqələrinə buraxılmamalıdırlar”.

“Seçki günü müşahidə etdik ki, bəzi namizədlər arasında xuliqanlıq edən, rəqib namizədə qarşı zorakılıq edən, hətta məntəqə komissiyasının üzvlərini təhqir edənlər olub. Bu hallar yolverilməzdir”, – deputat əlavə edib.

Daxilqızı

İstinadlar Qafqazinfo