Naməlum maşın piyadanı vurub öldürdü

Hacıqabul rayonununda yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə mayın 26-da saat 23 radələrində Qızılburun kəndi ərazisində qeyd edilib. 

Müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Zahid Nəzərov vurulub. Nəticədə piyada aldığı xəasarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən istintaq-əməliyyat tədbirləri aparılır.

İstinadlar Qafqazinfo

Naməlum maşın piyadanı vurub öldürdü

Beyləqan rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə mayın 14-ü səhər saat 5 radələrində Mingəçevir-Bəhrəmtəpə yolunda qeydə alınıb.

Nömrəsi və markası bəlli olmayan avtomobil yolu keçən piyada Ağcəbədi rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Məhərrəm Şaumyan oğlunu vuraraq hadisə yerindən qaçıb, piyada M.Məmmədov hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İstinadlar Qafqazinfo