Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

Tədbirdə rayonun icra başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Recep Öztop və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, həmçinin Türk Dövlətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ŞİH-nin başçısı qonaqları salamlayaraq dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verildiyindən, ölkəmizdə dinlər və məzhəblər arasında tolerantlığın və həmrəyliyin nümunəvi səviyyədə olduğundan bəhs edib.

Digər çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. İftar süfrəsində Müqəddəs Qurani Kərimdən ayələr oxunub, dualar edilib. Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd edilib.

Şəhər İcra Hakimiyyəti adından iştirakçılara hədiyyələr təqdim edilib.






İstinadlar Qafqazinfo