Naftalanda millət vəkili və icra başçısı vətəndaşları qəbul ediblər. Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda sakinlərin müraciətləri dinlənilib, istək və problemləri ilə maraqlanılıb.

Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsinin əldə edilməsi və sair məsələlərlə bağlı olub.

Vətəndaşları narahat edən bəzi mövzular müzakirə zamanı həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə deputat tərəfindən nəzarətə götürülüb.

Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

 




İstinadlar Qafqazinfo