Naftalan rayonuna qonaq gələn qadın və övladı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıblar.

Hadisə Naftalan şəhərində, xəstəxananın yaxınlığında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrinin biri idarəetmədən çıxaraq aşıb.

Nəticədə aşan avtomobildə olan 1981-ci il təvəllüdlü Y.İbrahimova və onun övladı, 2009-cü il təvəllüdlü C.İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

İstinadlar Report