Müğənni Nadir Qafarzadə ölkədən gedib.

İfaçı bu barədə sosial şəbəkə hesabında məlumat verib:

“Hər kəsin yolu açıq olsun. Görüşənədək! Hava limanında sonuncu əlvida. Mən uçub getdim çox uzaqlara…”

Qeyd edək ki, ifaçı bir neçə gün əvvəl fəxri adalmamasına sərt şəkildə etiraz etmişdi.

.***

Məsələ ilə bağlı Azərbaycan 24-ə danışan Nadir Qafarzadə tezliklə ölkəyə qayıdacağını deyib: Heç kimdən küsməmişəm. Mən Azərbaycanımı qoyub heç yerə gedə bilmərəm. Xüsusən də bu yaşda – 50 yaşında istəsəm də gedə bilmərəm. Bəlkə cavan olsaydım, gedə bilərdim. Bütün sevənlərimə sevgilərimi çatdırıram”