Bu gün Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yerləşən “El Faro” istirahət və əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Ailəsi ilə istirahətə gedən 10 yaşlı S.Məmmədov (şərti) böyüklər üçün nəzərdə tutulmuş hovuzda boğularaq ölüb.

Belə ki, yaxınlarının diqqətindən kənar qalan azyaşlı nəzarətçilərin də səhlənkarlığı səbəbindən hovuza düşüb.

Hadisədən sonra istirahət mərkəzinin hovuzu bağlanıb, nəzərdə tutulmuş əyləncə proqramı ləğv edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

İstinadlar Qafqazinfo