Məhkəmə Myanmanın keçmiş baş naziri Aunq San Su Çjyi 4 maddə üzrə korrupsiya ittihamı ilə 6 il həbs cəzasına məhkum edib.

77 yaşlı siyasətçi səhiyyə və təhsil sektorlarını maliyyələşdirən Do Khin Çyi Fondunun vəsaitlərindən sui-istifadə etməkdə təqsirli bilinib.

Suu Kyi ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Bundan əvvəl məhkəmə artıq Demokratiya Uğrunda Milli Liqanın liderini ölkədəki dövlət çevrilişindən sonra ona qarşı irəli sürülən korrupsiya ittihamlarından birincisi üzrə 5 il həbs cəzasına məhkum etmişdi.

İstinadlar Report