
Myanmada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3,8 min nəfərə çatıb.
Bu barədə Global New Light of Myanmar qəzeti məlumat verib.
Məlumata görə, 5,1 min nəfər xəsarət alıb, 100-dən çox insan itkin düşmüş hesab olunur.
Myanma yanğınsöndürmə xidmətinin dəstələri yerli və beynəlxalq xilasetmə təşkilatları ilə birlikdə təbii fəlakətdən zərər çəkmiş ərazilərdə insanların axtarışı əməliyyatlarını həyata keçirirlər.